...

Allahşükür Paşazadə dekabrın 4-də Naxçıvana səfər edəcək

Siyasət Materials 3 Dekabr 2019 13:15 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə dekabrın 4-də Naxçıvana səfər edəcək.
Allahşükür Paşazadə dekabrın 4-də Naxçıvana səfər edəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə dekabrın 4-də Naxçıvana səfər edəcək.

İdarədən Trend-ə verilən məlumata görə, səfər zamanı QMİ sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamına uyğun olaraq tədbirlər planı çərçivəsində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən keçirilən yubiley mərasimində iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti