...

Baş Nazirin Katibliyinin yeni rəisi təyin olunub

Siyasət Materials 3 Dekabr 2019 16:00 (UTC +04:00)
Azərbaycan Respublikası Baş Nazirinin Katibliyinin yeni rəisi təyin olunub
Baş Nazirin Katibliyinin yeni rəisi təyin olunub

Bakı. Trend:

Azərbaycan Respublikası Baş Nazirinin Katibliyinin yeni rəisi təyin olunub.

Bu barədə Trend Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir.

Qərara əsasən, Katibliyin yeni rəisi Ələsgər Ələsgərov təyin edilib.

Qeyd edək ki, Ə.Ələsgərov 2019-cu ilin oktyabrın 22-dən Baş Nazirin köməkçisi vəzifəsində çalışırdı.

O, 2005-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər, 2010-2014-cü illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq, 2016-2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçiliyi Akademiyasında Dövlət Qulluğunun Təşkili və İdarəedilməsi ixtisasları üzrə təhsil alıb.

2013-cü ilədək müxtəlif dövlət orqanlarında çalışıb. 2013-cü ildən isə Azərbaycan Respublikası Prezident Administrasiyasında Prezidentin iqtisadi məsələlər üzrə köməkçisinin xidmətində müxtəlif vəzifələrdə çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti