...

Bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan müraciətlərin sayı açıqlanıb

Siyasət Materials 26 Dekabr 2019 10:21 (UTC +04:00)
Dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı indiyə qədər Mərkəzi Seçki Komissiyasına 25 müraciət daxil olub.
Bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan müraciətlərin sayı açıqlanıb

Bakı. Elçin Mehdiyev- Trend:

Dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı indiyə qədər Mərkəzi Seçki Komissiyasına (MSK) 25 müraciət daxil olub.

Trend-in məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov deyib. O qeyd edib ki, daxil olan müraciətlərə Seçki Məcəlləsinə uyğun olaraq baxılır.

M.Pənahov, həmçinin vətəndaşlara müraciət edib: "Biz vətəndaşlara müraciət edirik ki, məntəqələrdə baş verən hadisələrlə bağlı gecikmədən dairə seçki komissiyalarına müraciət etsinlər. MSK tərəfindən dairə seçki komissiyalarına tapşırıqlar veriləcək ki, gecikdirilmədən müraciətə baxsınlar. Biz onsuz da məcburuq ki, daxil olan müraciətləri dairə seçki komissiyalarına göndərək. Onun üçün vətəndaşlara müraciət edirik ki, məntqələrdə baş verən hadisələrlə bağlı gecikmədən dairə seçki komissiyalarına müraciət etsinlər".

Onun sözlərinə görə, pozuntularla bağlı daxil olan müraciətlər və sosial şəbəkələrdə yayımlanan pozuntuların görüntüləri 9 bələdiyə üzrə 20 məntəqədə baş verib: “Bu da 0.5 faizdən biraz çox deməkdir. Bilirsiniz ki, bizim ölkə üzrə 1606 bələdiyyə var. Bunun 160-ı 10 faiz, 16-sı 1 faiz edir. 9 bələdiyyə isə yarım faizdən bir az çoxdur”.

Bundan əvvəl isə M.Pənahov bildirmişdi ki, MSK-nın "qaynar xətt"ə 220 müraciət daxil olub: “Seçici siyahısı və məntəqələrin ünvanları ilə bağlı 90, hüquqi məsələlərlə bağlı 130 müraciət daxil olub. Ümumilikdə veb-kameralardan 282 627 baxış olub ki, bu da seçkilərə marağın olduğunu göstərir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti