...

Prezident İlham Əliyev kubalı həmkarını təbrik edib

Siyasət Materials 30 Dekabr 2019 16:39 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesə təbrik məktubu göndərib
Prezident İlham Əliyev kubalı həmkarını təbrik edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına daim sülh və tərəqqi arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti