...

Parlament seçkilərində yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb

Siyasət Materials 7 Fevral 2020 16:53 (UTC +04:00)
Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində indiyə qədər 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
Parlament seçkilərində yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində indiyə qədər 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov qeyd edib ki, yerli müşahidəçilərin sayı 77 721 nəfərə çatıb. Beynəlxalq müşahidəçilər 55 ölkə və 56 təşkilatı təmsil edir:

"Beynəlxalq müşahidəçilər həm say, həm də coğrafi baxımdan kifayət qədər əhatəlidir".

MSK sədri əlavə edib ki, həmçinin seçkilərdə 1129 səlahiyyətli nümayəndə, 7603 məşvərətçi səs hüquqlu komissiya üzvü, 2085 vəkil qeydiyyatdan keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti