...

132 beynəlxalq KİV təmsilçisi parlament seçkilərini işıqlandıracaq

Siyasət Materials 8 Fevral 2020 15:26 (UTC +04:00)
Beynəlxalq jurnalistlər parlament seçkilərində yerli mətbuat nümayəndələri ilə eyni hüquqa malikdir.
132 beynəlxalq KİV təmsilçisi parlament seçkilərini işıqlandıracaq

Bakı. Elçin Mehdiyev - Trend:

Beynəlxalq jurnalistlər parlament seçkilərində yerli mətbuat nümayəndələri ilə eyni hüquqa malikdir.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün seçkilərə həsr olunmuş mətbuat konfransında deyib.

M.Pənahov bildirib ki, beynəlxalq jurnalistlər də yerli jurnalistlər kimi heç kimdən icazə almadan bütün seçki məntəqələrinə daxil ola blər.

Onun sözlərinə görə, 132 beynəlxalq KİV təmsilçisi parlament seçkilərini işıqlandıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti