...

48 hakim intizam məsuliyyətinə cəlb edilib

Siyasət Materials 10 Mart 2020 18:13 (UTC +04:00)
Ötən il fəaliyyətlərində nöqsan və qanun pozuntularına yol verdiklərinə, o cümlədən korrupsiya hüquqpozmalarına şərait yaratdıqlarına görə 48 hakim intizam məsuliyyətinə cəlb edilib.
48 hakim intizam məsuliyyətinə cəlb edilib

Bakı. Trend:

Ötən il fəaliyyətlərində nöqsan və qanun pozuntularına yol verdiklərinə, o cümlədən korrupsiya hüquqpozmalarına şərait yaratdıqlarına görə 48 hakim intizam məsuliyyətinə cəlb edilib.

Trend-in məlumatına görə, bununla bağlı Məhkəmə-Hüquq Şurasının növbəti iclasında məlumat verilib.

Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda həmçinin qeyd edilib ki, 2 nəfərin səlahiyyətlərinə xitam verilib, 7 nəfər tutduğu vəzifədən azad olunub. 18 hakimin səlahiyyət müddəti uzadılmayıb.

Məhkəmə səhvlərinin aradan qaldırılmasında hakimlərin tədrisinin əhəmiyyəti nəzərə alınaraq Ədliyyə Akademiyası ilə birgə 50-dən çox tədris tədbiri keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti