...

Trend BİA-nın əməkdaşları Milli Məclisin komitələrinə üzv seçiliblər

Siyasət Materials 13 Mart 2020 14:53 (UTC +04:00)
Milli Məclisin bu gün keçirilən iclasında komitələrə üzv olan deputatların adları məlum olub.
Trend BİA-nın əməkdaşları Milli Məclisin komitələrinə üzv seçiliblər

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin bu gün keçirilən iclasında komitələrə üzv olan deputatların adları məlum olub.

Trend-in məlumatına görə, yığıncaqda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Əmək və sosial siyasət komitələrinin üzvlüyünə namizədliyi irəli sürülənlər arasında Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) Baş direktorunun müavini Arzu Nağıyev, Ailə, qadın və uşaq məsələləri, eləcə də Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvlüyünə namizədlər arasında isə Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş direktorunun müavini, "Azernews" qəzetinin baş redaktoru Sevil Mikayılovanın adları olub.

Hər dörd təklif müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti