Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadılması təklif olunur.
Trend-in məlumatına görə, bu barədə məsələ “Azərbaycan Respublikasının vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişiklik Milli Məclisin martın 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.