Vətəndaşlar Prezidentə yazırlar: Belə bir çətin zamanda ölkəmizdə islahatların davam etdirilməsi bizi çox sevindirir

Vətəndaşlar Prezidentə yazırlar: Belə bir çətin zamanda ölkəmizdə islahatların davam etdirilməsi bizi çox sevindirir

Bakı. Trend:

Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması ilə bağlı gördüyü mühüm işlərə görə respublikamızın bütün guşələrindən vətəndaşlarımız Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları ünvanlayırlar.

Trend Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir:

Gəncə şəhərindən Sevda Abdullayeva yazır: “Hörmətli cənab Prezident, Siz hər bir azərbaycanlının Prezidentisiniz. Bunu belə ağır günlərdə xalqımızın yanında olmaqla bir daha sübut etdiniz. Çox təəssüflər olsun ki, bütün dünyanın bəlasına çevrilmiş COVID-19 Azərbaycanımızdan da yan keçmədi. Lakin Siz öz köməyinizi, qayğınızı bizlərdən, xalqımızdan əsirgəmədiniz. Ümummilli lider Heydər Əliyev xalqını böyük bəlalardan necə qorumuşdusa, Siz də bizi elə qoruyursunuz. Çünki Siz Ulu Öndərin layiqli davamçısısınız. Biz əminik ki, müdrik qərarlarınız sayəsində ölkəmiz koronavirus pandemiyası ilə mübarizdən üzüağ çıxacaq və firavan həyatımıza davam edəcəyik. Mən öz adımdan, ailəmin və qohumlarımın adından, eləcə də, Gəncə ziyalıları adından Sizə təşəkkür edirəm. Əziz Prezidentim, biz Sizinlə fəxr edirik. Tanrı Sizi və ailənizi qorusun!”.

Bakı şəhərinin sakini Azər Səmədovun məktubunda deyilir: “Hörmətli cənab Prezident, bu mürəkkəb şəraitdə atdığınız düzgün addımlar nəticəsində ölkəmiz qlobal pandemiya vəziyyətindən minimum itkilərlə çıxır. Belə bir çətin zamanda ölkəmizdə islahatların davam etdirilməsi bizi çox sevindirir. Sizin düzgün idarəetməniz gələcəkdə ölkəmizin daha güclü olmasına zəmin yaradır. Hər şeyə görə Sizə təşəkkür edirəm”.

Masallı rayonunun Ərkivan qəsəbəsindən şagird İntiqam İsmayılov: “Hörmətli cənab Prezident, mən Masallı rayonunun Ərkivan qəsəbəsindəki orta məktəbin 6-cı sinif şagirdiyəm. Kəndimizin bütün məktəbliləri adından Sizə böyük təşəkkür etmək istəyirəm. Koronavirus pandemiyası bütün dünyanı ağır sınaqlara çəkdi. Belə bir vaxtda Sizin xalqımıza, xüsusın uşaqlara qayğınız bizi qorudu. Biz məktəblilər də daha yaxşı oxumağa, dərslərimizdən geri qalmamağa çalışacağıq. Bu virus Allahın yardımı, Sizin əvvəldən gördüyünüz tədbirlərin köməyi ilə yox olub gedəcək. Buna görə Sizə təşəkkür edirəm. İnşallah, biz əvvəlki günlərə dönəcək, yenə qayğısız, xoşbəxt yaşayacağıq.

Sabunçu rayonunun Bakıxanov qəsəbəsindən Həqiqət Ələkbərova Aynurə Ələkbərli, Adilə Əliyeva və Elşən Xəlilov yazırlar: “Hörmətli cənab Prezident, Vətənimiz və xalqımız üçün gördüyünüz işlər Sizin vətənpərvərliyinizin, siyasi səriştənizin göstəricisidir. Siz ölkəmizi bütün dünyada tanıdır, onun inkişafı üçün çalışırsınız. Bu günlərdə isə xalqımızı koronavirus pandemiyasından qorumaq üçün tədbirlər görürsünüz. Xalqımız Sizi sevir, dəstəkləyir və yanınızda olduğunu bildirir. Allah Sizi qorusun!”.

Yasamal rayonundan Solmaz Çələbiyeva: “Çox hörmətli cənab Prezident, Sizin bu pandemiya dövründə Azərbaycan xalqının hər bir vətəndaşının yanında olub, onun arxasında təkcə Prezident kimi deyil, həm də ata, övlad, qardaş kimi dayanmağınızı vətəndaş olaraq mən də alqışlayıram və buna görə Sizə dərin təşəkkürümü bildirirəm. Bu çətin yolu asan keçməkdən ötrü Sizə Allahdan möhkəm cansağlığı və bütün işlərinizdə daha böyük uğurlar diləyirəm”.

Səbail rayonundan Bəşir Xəlilov: “Hörmətli cənab Prezident, Sizin koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirləriniz çoxsaylı insan tələfatının qarşısını aldı. Bu gün bizə həm maddi, həm də mənəvi dəstək verdiyinizə görə Sizə minnətdarıq. Çox xoşbəxtik ki, Sizin rəhbərlik etdiyiniz dövrdə və dövlətdə yaşayırıq. Biz özümüzün və ailə üzvlərimizin adından Sizə minnətdarlığımızı bildirərək, gələcəkdə daha uca zirvələr fəth etməyinizi arzulayırıq”.

Gəncə şəhərindən müəllim Esmira Nəbiyeva: “Möhtərəm cənab Prezident, koronavirus pandemiyası səbəbindən dünyanın əksər ölkələri hazırda çətin günlər yaşayır. Əlbəttə ki, pandemiya Azərbaycana da təsirini göstərdi. Lakin bütün çətinliklərə baxmayaraq, Azərbaycan vətəndaşı heç bir ağırlıq hiss etmir. Bunlar Sizin mükəmməl siyasi və iqtisadi siyasətinizin uğurlarıdır. İşsiz kimi qeydiyyatda olan şəxslərə pandemiya dövründə vəsaitlərin verilməsi, eyni zamanda, xəstəliklə mübarizədə verdiyiniz qərarlar bir daha təsdiq etdi ki, Siz hər bir vətəndaşın Prezidentisiniz. İndi Azərbaycan vətəndaşı əmindir ki, bütün vəziyyətlərdə dövləti onun arxasındadır. Şəxsən öz adımdan, eyni zamanda, ailəmin adından bir daha Sizə minnətdarlığımı bildirirəm”.

Məcburi köçkün Zülfiyyə Əliyeva: “Hörmətli cənab Prezident, mən Füzuli rayonundan məcburi köçkünəm. Dövlətimizin bugünkü şəraitinə baxanda Sizə minnətdarlıq hissi duyuram. Bu səviyyəyə qədər qət etdiyimiz yollar gözümün önündən keçir. Azərbaycanın bu günü bizi qane edir və gələcəyindən də arxayınıq. Sizə inanırıq. Nə yaxşı ki, varsınız!”.

Hacıqabul rayonundan idmançı Elnur Şəfiyev: “Möhtərəm cənab Prezident, bir gənc olaraq gördüklərim və müşahidələrim əsasında əminliklə deyə bilərəm ki, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sayəsində biz koronavirusla mübarizədən qalib çıxacağıq. Vaxtında atdığınız addımlar, gördüyünüz qabaqcıl tədbirlər, operativ şəkildə qəbul etdiyiniz düzgün qərarlar xalqımızı bu vəziyyətdən az itkilərlə çıxarmağa zəmin yaradır. Hörmətli cənab Prezident, yüksək nüfuzunuza söykənərək, qətiyyətinizlə, vaxtında atdığınız addımlarla Azərbaycanın dünyada olan hörmətini yüz qat artırdınız. “Biz birlikdə güclüyük!” devizi altında gördüyünüz işlərlə təsdiq etdiniz ki, əgər rəhbər müstəqil, vətənpərvər siyasət yürüdərsə, taleyini xalqının taleyindən seçməzsə, aldığı nəfəsi eli ilə, obası ilə birgə olarsa, bütün bu sınaqlardan üzüağ çıxar. Təhlükəni hiss etdiyiniz andan etibarən xalqın yanındasınız. Yorulmaq bilmədən gərgin iş rejiminə keçmisiniz. Bir gənc olaraq Sizdən örnək alıram. Sizin xalqımıza necə səylə xidmət etməyiniz məni və mənim kimi xalqa xidmət edən çoxlu sayda gənci ruhlandırır. Gördüyünüz sosial tədbirlər, əhaliyə göstərilən dəstək, verilən yardımlar, sosial müavinətlərin təyin olunması, qısa müddətdə təhvil verilən xəstəxanalar, maska, spirt zavodları və digər işlər bir daha onu sübut etdi ki, Siz həqiqətən də daim bu xalqı düşünürsünüz. Cənab Prezident, bütün bu işlərə və xalqımıza göstərdiyiniz dəyərli xidmətlərə görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəxsən öz adımdan, eyni zamanda, rəhbərlik etdiyim Milli Qəhrəman Mübariz İbrahimov adına Hacıqabul Rayon İdman Sağlamlıq Mərkəzinin kollektivi adından və Hacıqabul rayon gəncləri adından dərin təşəkkürümü və sonsuz minnətdarlığımı bildirirəm. Biz Sizinlə fəxr edirik”.

Beyləqan rayonundan Gülnar Bayramova: “Cənab Prezident, Sizin və Mehriban xanim Əliyevanın yorulmaz fəaliyyətiniz, düşünülmüş qərarlarınız nəticəsində biz koronavirus epidemiyasına da qalib gələcəyik. Biz Sizi dəstəkləyirik və hər zaman Sizinləyik. Cəbhə bölgəsində yaşayan füzulililər əmindirlər ki, Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə koronavirus təhlükəsi tezliklə aradan qaldırılacaq, insanlarımızın sağlam və xoşbəxt həyatı təmin ediləcək. Biz hər zaman Sizinləyik. Allah Sizi var eləsin!”.

Salyan rayonunun Sarvan kəndinin sakini Əlimirzə Bəşirovun məktubunda deyilir: “Möhtərəm cənab Prezident, biz böyük bir ailəyik. Uzun illərdir ki, kənd təsərrüfatı sahəsində çalışırıq. Sizin kənd təsərrüfatına olan diqqətiniz və kənd adamlarına qayğınız bizi daha da yaxşı işləməyə ruhlandırır. Qazandığımız uğurlara görə Sizə minnətdarıq. Heç bir texnika və dərman preparatı sarıdan çətinliyimiz yoxdur. Cənab Prezident, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə Sizi və ailənizi təbrik edirəm. Sizə cansağlığı arzulayıram”.

Bakının Suraxanı rayonundan Cabbar Musayev, Vüsalə Hüseynova və Səmərqənd Qasımova yazırlar: “Möhtərəm cənab Prezident, koronavirus pandemiyası dövründə ölkəmizin əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə qurtulması istiqamətində görülən mühüm işlərə görə Sizə minnətdarlığımızı bildiririk. Qısa müddət ərzində yeni xəstəxanaların tikilməsi, tibbi maska istehsalı müəssisəsinin istifadəyə verilməsi Sizin xalqa olan qayğınızdan irəli gəlir. Xalq da Sizi sevir. Allah xalqımızı bu xəstəlikdən qorusun, Sizə cansağlığı və uzun ömür versin!”.

Masallı rayonundan Qaraxan Ağayev, Lətifə Qənbərzadə, Xeybər Mirzəyev, Əşrəf Nəzərov və Azər Mirzəyev yazırlar: “Möhtərəm cənab Prezident, uzaqgörən, müdrik siyasətiniz sayəsində Azərbaycan dünyanı bürümüş koronavirusdan ən az itki verən ölkələrdən biridir. Böyükdən kiçiyə bütün əhalini qorumaq üçün düşünülmüş qərarlar verdiniz. Elə bu səbəbdən koronavirus pandemiyasının ən az təsir etdiyi ölkələr arasında birincilərdənik. Qəbul etdiyiniz qərarlara, qısa müddətdə pandemiyanı nəzarət altına aldığınıza görə Sizə minnətdarlığımızı bildiririk. Uca Allahdan Sizə cansağlığı diləyirik”.

Bakının Nizami rayonundan Elnarə Əliyeva və Firdovsi Ağayev yazırlar: “Möhtərəm cənab Prezident, xalqımızın Sizə olan sevgisi tükənməzdir. Siz də bu çətin günlərdə xalqımıza qayğı göstərərək sevginizi nümayiş etdirdiniz. Biz Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik. Hər zaman xalqın yanında olduğunuza görə Sizə təşəkkür edir, cansağlığı və uzun ömür arzulayırıq”.

"SOCAR Türkiyə" yeni neft-kimya layihəsi ilə bağlı danışıqlar aparır
"SOCAR Türkiyə" yeni neft-kimya layihəsi ilə bağlı danışıqlar aparır
Azərbaycanda məcburi enerji auditi keçiriləcək
Azərbaycanda məcburi enerji auditi keçiriləcək
Azərbaycan qazını daşıyacaq layihənin gecikməsinə görə külli miqdarda cərimə tətbiq oluna bilər
Azərbaycan qazını daşıyacaq layihənin gecikməsinə görə külli miqdarda cərimə tətbiq oluna bilər
Loading Bars
Xəbər lenti
Antalyada Azərbaycan xarici işlər naziri ilə Türk Şurasının Baş katibi arasında görüş olub
"AstraZeneca" Aİ-yə 50 milyon doza vaksin verməlidir - Məhkəmə hökmü
Azərbaycanda ilk jest dili lüğətinin veb-səhifəsinın hazırlanması işləri davam edir (FOTO)
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib
Avropadakı diaspor təşkilatlarının muzeyə virtual səyahət layihəsi həyata keçirilib (FOTO)
Dövlət Gömrük Komitəsinin sədri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb (FOTO)
Azercell AVRO-2020-də yüksəkkeyfiyyətli mobil şəbəkə təqdim edir!
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
Milli Məclisin növbədənkənar iclasının vaxtı və gündəliyi məlum olub
İranda səs verən seçicilərin sayı 14 milyon nəfəri keçib
Şəhid zabitin xatirəsi təhsil aldığı Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yad olunub (FOTO/VİDEO)
Antonio Quterreş ikinci dəfə BMT baş katibi vəzifəsinə seçilib
Siyasi partiyaların Şuşa Bəyannaməsi ilə bağlı bəyanatı, Ermənistanda seçkiqabağı son vəziyyət... – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO)
Bakıda avtobus minik maşını ilə toqquşub, xəsarət alan var
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edilib - SƏRƏNCAM
İşğaldan azad edilmiş ərazilərdə inventarlaşdırılan obyektlərin sayı açıqlandı
Bakıda daha bir yol təmir olunub (FOTO)
Qazaxıstan Azərbaycanla miqrasiya üzrə qanunu ratifikasiya edib
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib (FOTO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 148 nəfər COVID-19-dan sağalıb, 60 nəfər yoluxub, 2 nəfər vəfat edib
“PAŞA Bank” ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq Memorandumu imzalanıb
Əlilliyi olan şəxslər üçün Virtual İnnovasiyalar Parkı yaradılır
İranda seçici aktivliyinin ilk nəticələri açıqlanıb
Nabranda meşədə baş verən yanğın söndürülüb (VİDEO)
Polis maska ilə bağlı qapalı məkanlarda reyd keçirib (FOTO/VİDEO)
Hesab.az-dan Visa kart sahiblərini qazandıran növbəti kampaniya!
Efiopiyanın dövlət başçısından Prezident İlham Əliyevə təbrik məktubu gəlib
Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb
Nüvədi kəndi qanunsuz olaraq Ermənistana verilib, biz qayıdıb orada yaşamaq istəyirik - Əmir Əliyev
İlin sonunda müəllimlərin sertifikatlaşdırılması aparılacaq - QAYDALAR (FOTO)
İƏT Modeli proqramının Azərbaycan üzrə mərhələsi öz işini bitirdi (FOTO)
“Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar davam edir (FOTO)
ICESCO və AZƏRTAC media sahəsində Əməkdaşlıq Memorandumu imzalayıb
UFAZ-da Alexander Wattinin fransız dilində nəşr olunmuş "Cənub-qərb maquislərindən I fransız ordusuna qədər" kitabının təqdimatı keçirilib (FOTO)
Tərtərdə baş verən qətlə xəyanət səbəb olub - TƏFƏRRÜAT
Dövlət Xidməti hərbi xidmət çağırışçılarına müraciət edib
Azərbaycan Türkiyənin aparıcı şirkəti ilə Anlaşma Memorandumu imzalayıb (FOTO)
Oğuzda 3 tondan artıq çətənə kolu məhv edilib (FOTO/VİDEO)
Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində xorvatiyalı həmkarı ilə görüşüb
UNEC-in şəhid məzununun diplomu ad günündə məzarı önündə təqdim edildi (FOTO)
“Nizami Gəncəvi” adlı beynəlxalq onlayn konfrans keçirilib (FOTO)
Kaliforniya ştatında fövqəladə vəziyyət elan edilib
SSL sertifikat lazımdır?
İlahiyyat İnstitutunda “Fəlsəfənin əhəmiyyəti və onun sosial həyatdakı rolu” mövzusunda vebinar keçirilib (FOTO)
Türkiyə-Azərbaycan dostluq, qardaşlıq münasibətləri regionun gələcək inkişafı baxımından olduqca önəmlidir - Tamam Cəfərova
Bu ilin 5 ayında 15 minə yaxın şəxsə əlillik təyin edilib
Gömrük postunda külli miqdarda aksiz markasız siqaret aşkarlanıb (VİDEO)
AstraZeneca vaksini məhdud sayda olduğundan 60 yaşdan yuxarı şəxslərə vurulur - TƏBİB
Vaksin olunan şəxs bol maye qəbul etməli və fiziki iş görməməlidir - Həkim-infeksionist
"SOCAR Türkiyə" yeni neft-kimya layihəsi ilə bağlı danışıqlar aparır
“Anadolu Qartalı - 2021” beynəlxalq təliminə hazırlıq brifinqi təqdim olunub (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Anticisim yaranmayanlara peyvəndin üçüncü dozası da vurula bilər
İki güləşçimiz Avropa çempionatının 1/4 finalında
Vaksin olunan şəxslərdə immunitetin neçə müddət olacağı məlum deyil - TƏBİB
Mərkəzi Gömrük Hospitalında tibb işçilərinin peşə bayramına həsr edilmiş tədbir keçirilib (FOTO)
Bölgənin sürətli inkişafına zəmin yaradan zəfər
Laçın və Kəlbəcəri minalayan erməni polkovnik beynəlxalq axtarışa verildi
Ödənişləri mobil tətbiqlə et, 10% kəşbək qazan!
Azad zonalar Azərbaycan iqtisadiyyatına kapitalın cəlb olunmasına xidmət edəcək
“AccessBank” tender elan edir
Suriyadan qaytarılan qadın və uşaqlar reabilitasiyaya cəlb olunublar
Meksika səfiri Seysmoloji Xidmət Mərkəzində olub
Avropa Şurası Azərbaycanda bələdiyyə sahəsindəki irəliləyişləri alqışlayıb
Rusiya Qarabağla bağlı Azərbaycan, Türkiyə və Ermənistanla sıx təmasdadır - Peskov
Azərbaycanda məcburi enerji auditi keçiriləcək
Nüvədi kəndinin sakinləri öz tarixi yurdlarına qayıtmaq üçün dünya birliyinə müraciət edib
Könül Nurullayeva AŞPA Komitəsinin videokonfransında iştirak edib
Krasnodardan Bakıya aviareyslərin sayı artırılır
İran Azərbaycanla tranzit imkanlarını dəmiryolu və dəniz vasitəsi ilə inkişaf etdirmək niyyətindədir - Səfir (ÖZƏL)
Antalya Diplomatiya Forumu öz işinə başlayır
Sabah temperatur 39 dərəcəyədək yüksələcək
Ceyhun Bayramov Antalyada BMT-nin Baş katibinin köməkçisi ilə görüşüb (ƏLAVƏ OLUNUB)
Rusiyada koronavirusa yoluxma halları kəskin artıb
Keçmiş məhkum silahla küçədə yaxalanıb
Bakıda qadını videogörüntü ilə şantaj edən şəxs yaxalandı
Dünyada Vətəndən əziz heç nə yoxdur və hamımız onun əsgəriyik - Qarabağ qazisi (FOTO)
Azərbaycanla Türkiyə arasında Təhsil Körpüsü: Manisafer eTwinning Layihəsi
Ağdaş sakini 53 yaşlı qardaşını güllələyib öldürdü
Bazar günü rezidentura, dövlət qulluğu və doktoranturaya qəbul imtahanları keçiriləcək
Bakı Ali Neft Məktəbində MBA üzrə yeni ixtisaslar yaradılıb
Ağdam şəhəri minalardan təmizlənir
Azərbaycanda yaşayan İran vətəndaşları prezident seçkilərində səs verir (FOTO)
Azərbaycan XİN beynəlxalq insan hüquqları təşkilatlarına çağırış edib
Tərtərdə ər arvadını küçədə qətlə yetirdi
Təhsil krediti bu tələbələrə veriləcək - Meyarlar açıqlandı
Tələbələrə kredit ancaq ölkə daxilində təhsil üçün veriləcək
Sabah Bakıda marşrutlar işləməyəcək - BNA
Moskvada kütləvi tədbirlərə məhdudiyyət qoyuldu
Ermənistanın beynəlxalq hüquq normalarından danışması riyakarlığın son həddidir - XİN
Tələbə krediti təhsilin hansı pillələrini əhatə edəcək? - Nazir açıqladı
DTX Suriyada qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxsi Ukraynada saxladı (VİDEO)
Yaxşı göstəriciləri olan tələbələrə təhsil krediti ilə bağlı güzəştlər olacaq
Tələbələrə təhsil krediti hansı faizlə və müddətə veriləcək?
Növbəti ildən daha çox tələbənin ali təhsil almasına imkan yaranacaq - Emin Əmrullayev
Təhsil Tələbə Kredit Fondu öz hesabına təhsil alan tələbələrin ehtiyaclarını ödəyəcək - Nazir
Azərbaycan nefti ucuzlaşıb
Təhsil naziri tələbələrin təhsil kreditləri ilə bağlı sualları cavablandırıb (VİDEO)
Quba və Şabranda yanğınlar söndürülüb, Xaçmaza isə helikopter cəlb edilib - FHN
Bütün xəbərlər