...

Azərbaycanla Türkiyə arasında dörd sənəd təsdiq edildi

Siyasət Materials 31 May 2020 11:51 (UTC +04:00)
Azərbaycanla Türkiyə arasında dörd sənəd təsdiq edildi

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan ilə Türkiyə arasında bir sıra sənədlərin təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokolun təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənədlər səsə qoyularaq təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti