...

Avropa Parlamenti Azərbaycanın işğal edilmiş torpaqlarının qanuniləşdirilməsi cəhdlərinə etiraz etdi

Siyasət Materials 13 İyun 2020 10:53 (UTC +04:00)
Avropa Parlamenti Azərbaycanın işğal edilmiş torpaqlarının qanuniləşdirilməsi cəhdlərinə etiraz etdi

Bakı. Trend:

Avropa Parlamenti Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisinə etiraz edib.

Avropa Parlamentinin Azərbaycan, Ermənistan və Gürcüstan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand, Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, bu qurumun Ermənistan üzrə məruzəçisi Trayan Besesku Ermənistan ilə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu arasında yeni magistral yol tikintisi ilə əlaqədar birgə bəyanatında təkcə bir qurumun reaksiyası deyil, bu bütün üzv ölkələrin, yəni 732 kreslo sahibinin və yaxud da 27 ölkənin mövqeyidir. Bu bəyanatla Azərbaycanın işğal edilmiş torpaqları ilə bağlı məsələ daha ciddi müstəvidə AB səviyyəsində qaldırıldı.

Sənəd bir neçə məqamları qabardır: Bu magistralın inşası qərarı, Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan qəbul edilib və beynəlxalq hüquq pozulub.

Sənəd Qarabağda yaşayan erməni əhalinin iddia etdiyi “xalqların öz müqəddəratını təyin etmə” prinsipini boşa çıxararaq, dövlətlərin ərazi bütövlüyünün pozulmamasının daha vacib oduğunu təsdiq və təsbit edir, münaqişənin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə dəvət edir.

Bəyanatın ikinci cümləsində “also” (həmçinin) sözü diqqəti cəlb edir: “Yeni infrastruktur yolu, HƏMÇİNİN (!) işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarından keçməklə Ermənistandakı Qafanı Dağlıq Qarabağdakı Hadrut ilə birləşdirəcək” yanaşması Qarabağdan kənarda işğal edilən torpaqların da istilasının davam etdirilməsini və status-kvonu uzatmaqla Qarabağ və ətraf rayonların erməniləşdirilməsini həyata keçirmək istəyini ifadə edir.

Nəhayət, daha bir xoşagələn məqam ondan ibarətdir ki, sənədin müəllifləri ATƏT-in Minsk qrupunun səylərinin dəstəkləyirlər, lakin bu dəstək ermənilərin xoşladığı hansısa mücərrəd formada ifadə olunmur, 2009-cu ildən qəbul edilmiş baza prinsipləri “münaqişənin dinc yolla, Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilmiş sərhədləri səviyyəsində nizamlanması” şəklində konkretləşdirilir.

Nədir bu məsələnin izahı?

Madrid prinsipləri və Moskva bəyannaməsi bütövlükdə Azərbaycan daxilində ermənilərə yüksək status verməklə, ölkəmizin ərazi və hakimiyyət suverenliyinin bərpasını, qaçqınların və məcburi köçkünlərin öz yurdlarına, mənsub olduqları tarixi torpaqlarına qayıtması və Azərbaycan müstəvisində kommunikasiya və logistik fəaliyyətlərin qurulmasını ehtiva edir. Bir sözlə, Avropa İttifaqının Qanunverici hakimiyyəti ümumi iradə və rəy ilə məsələyə Avropanın əsas münasibətini ortaya qoyur.

Yeri gəlmişkən, bir güc mərkəzi kimi Azərbaycanın Qafqazdakı yerini və regional güc kimi, resurs dövləti kimi oynadığı rolu düzgün dəyərləndirməsi təqdir olunmalıdır. Bu Azərbaycanın dünyada getdikcə artan beynəlxalq nüfuzunun bariz təzahürü və diplomatik uğurudur.

Tamam Cəfərova

Millət vəkili

Məqalədə:
Xəbər lenti

Xəbər lenti