...

Səfir: İran heç bir vəchlə imkan verməz ki, Azərbaycana qarşı hər hansı bir neqativ addım atılsın

Siyasət Materials 15 Sentyabr 2020 15:30 (UTC +04:00)
Səfir: İran heç bir vəchlə imkan verməz ki, Azərbaycana qarşı hər hansı bir neqativ addım atılsın

Bakı. Elnur Bağışov - Trend:

İranın regiondakı mövqeyi aydındır. Azərbaycanla münasibətlərin inkişafına heç bir məhdudiyyət yoxdur.

Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi mətbuat konfransında deyib.

Səfirin sözlərinə görə, İran heç bir vəchlə imkan verməz ki, Azərbaycana qarşı hər hansı bir neqativ addım atılsın.

Musəvi əlavə edib ki, İran ərazisindən Ermənistana hər hansı silahın daşınması təkzib olunur: "Bizə elan olunduğu kimi, Rusiya Müdafiə naziri də bu daşımaların silah deyil, tikinti materialları olduğunu elan etdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti