Bakı. Samir Əli - Trend:
Ermənistan tərəfindən uzaqmənzilli raketərdən istifadə edilməsi münaqişənin daha da gərginləşməsinə səbəb ola bilər.
Trend-in məlumatına görə, bunu bu gün Baş Prokurorluqda keçirilən mətbuat konfransında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
O bildirib ki, bu raketlərin trayektoriyasına baxılmalı və qiymət verilməlidir: “Bu raketlərin məsafəsi və trayektoriyası uzaqmənzillidir və atılan raketlər Xızıya qədər gəlib çıxıb. Bu, açıq-aşkar Ermənistanın acizliyinin, çarəsizliyinin göstəricisidir. Bu kimi təxribatlara Ermənistan tərəfindən öz uğursuzluğunu ört-basdır etmək üçün əl atılır".