...

Ermənistan məğlubiyyətin heyfini dinc sakinlərdən çıxmağa çalışır (FOTO)

Siyasət Materials 11 Oktyabr 2020 09:42 (UTC +04:00)
Ermənistan məğlubiyyətin heyfini dinc sakinlərdən çıxmağa çalışır (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənistanın 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın mülki əhalisini, o cümlədən Gəncə və Mingəçevir şəhərlərini atəşə tutması düşmənin faşizm xislətini və cinayətkar mahiyətini bir daha ortaya qoyur.

Bunu Trend-ə Milli Məclsin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, işğalçı Ermənistan bu çirkin əməlləri ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri ağır artilleriyadan atəşə tutmağa davam edir:

“İlkin məlumata əsasən, Gəncədə raket atəşi dağıntılar altından xəsarət almış 17 nəfər yaralanıb və 5 nəfərin cəsədi çıxarılıb. Bu, Ermənistan tərəfindən törədilən ən ağır müharibə cinayətlərindən biridir.

Ermənistan bu dəfə də öz mənfur ənənəsinə “sadiq” qalır, əldə olunmuş razılaşmanı kobud şəkildə pozur. Bu bir daha göstərir ki, kriminal Ermənistan rəhbərliyi sülh istəmir, münaqişənin danışqlar yolu ilə həll edilməsinə tərəfdar deyil. Bu hadisələr bir daha təsdiq edir ki, terroru dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistan region üçün böyük təhdiddir”.

S.Hüseynova vurğulayıb ki, xarici işlər nazirlərinin Moskva görüşü zamanı Ermənistan tərəfi Azərbaycanın şərtlərini qəbul etməyə məcbur oldu: “Görünür Ermənistan tərəfi bu məğlubiyyəti həzm edə bilməyib, daha da azğınlaşıb. Ancaq bir şeyi nəzərə almalıdırlar ki, danışıqalar və atəşkəs üçün Ermənistan tərəfi yalvardı, Azərbaycan deyil. Əlbəttə ki, Azərbaycan düşmənin bu əməllərini cavabsız qoymayacaq, Ermənistanın bu əməlləri onun üçün ağır nəticələr verəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti