...

Aydın Hüseynov: Humanitar atəşkəsi pozaraq Gəncəni raket atəşinə tutan Ermənistan beynəlxalq cinayət törədib

Siyasət Materials 11 Oktyabr 2020 18:06 (UTC +04:00)

Bakı. Trend:

“Ermənistan rəhbərliyi Moskva danışıqları nəticəsində əldə olunmuş humanitar atəşkəsi açıq şəkildə pozaraq Azərbaycanın ikinci ən böyük şəhərini raket atəşinə tutub. Hücumlar nəticəsində uşaqlar, qadınlar, qocalar daxil olmaqla 9 nəfər həlak olub, 40-dan çox insan yaralanıb. Bu, Ermənistanın törətdiyi növbəti beynəlxalq cinayətdir”.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Aydın Hüseynov bildirib ki, Ermənistanın mülki əhalini, yaşayış obyektlərini hədəfə alması, münaqişə zonasından kənarda olan yaşayış məntəqələrini vurması beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir: “Eyni zamanda, düşmən ölkə mülki insanlara qarşı kasetli və forfor bombalarından istifadə etməklə bu günə qədər qəbul edilmiş beynəlxalq qanunları saymadığını nümayiş etdirir. Ona görə də, beynəlxalq təşkilatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində birbaşa məsuliyyət daşıyan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri susmamalıdır. Ermənistanın məsuliyyətsiz və cinayət xarakterli əməllərinə münasibət bildirməlidir. Beynəlxalq təşkilatlar Ermənistana qarşı sanksiyalar tətbiq etməlidir. Nə qədər ki, dünya Ermənistanın bu cür cinayət əməllərinə susacaq, bir o qədər də təcavüzkarı şirnikləşdirəcəklər. Bu isə regionda dərin eskalasiyaya səbəb olacaq”.

Aydın Hüseynov əlavə edib ki, humanitar atəşkəsin təmin olunmasını həyata keçirmiş Rusiya Ermənistandan Gəncə hücumlarına görə hesab sormalıdır: “Əgər rəsmi Moskva bu atəşkəsin təmin olunmasına görə təşəbbüs göstərmişdisə, bundan sonra da Ermənistanın cəzalandırılmasını da həyata keçirməlidir. Azərbaycan atəşkəsə əməl etdiyini ilk saatlardan nümayiş etdirsə də, Ermənistan təcavüzkar xislətinə uyğun olaraq davrandı və Moskva razılaşmasını pozdu”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti