...

Ermənistan hər dəfə atəşkəs razılaşmasını pozur, mülki əhaliyə davamlı olaraq atəş açır - Deputat

Siyasət Materials 24 Oktyabr 2020 12:11 (UTC +04:00)
Ermənistan hər dəfə atəşkəs razılaşmasını pozur, mülki əhaliyə davamlı olaraq atəş açır - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatları, münaqişənin həllinin yeganə varinatının müharibə olması barədə fikirləri bu hökumətlə münaqişənin sülh yolu üzrə nizamlanmasının mümkün olmadığını və onun təxribatçı fəaliyyətlərə davam etmək niyyətində olduğnu göstərir.

Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, humanitar atəşkəs barədə bir neçə dəfə razılığa gəlinməsinə baxmayaraq, Ermənistan hər dəfə bu razılaşmanı pozur, mülki əhaliyə davamlı olaraq atəş açır: “Bu, Ermənistanın bir daha atəşkəsdə maraqlı olmadığını, Dağlıq Qarabağı işğalda saxlamaq niyyətində olduğunu göstərir. Azərbaycan isə öz öhdəliyinə və vədlərinə sadiqdir.

Azərbaycan 30 ilə yaxın müddətdə münaqişənin sülh yolu ilə tənzimlənməsinə çalışdı. Ancaq Ermənistan buna təxribatlarla cavab verdi, yeni ərazi iddiaları ilə çıxış etdi. Tovuz və Goranboy rayonlarında yeni təxribatlar törətdi. Nəticədə isə müharibənin dayandırılması üçün göstərilən səyləri heçə endirdi və Ermənistan layiq olduğu cəzanı aldı.

Bu gün Azərbaycan ordusu dünyanın güclü 50 ordusu sırasındadır. Bu ordu qarşısında tab gətirmək Ermənistan üçün mümükn deyil. Son proseslər bunu bir daha təsdiq etdi”.

Deputat qeyd edib ki, birmənalı olaraq Azərbaycan işğalla heç zaman barışmayacaq və torpaqlarımızım hər bir qarışının azad olunması üçün sona kimi mübarizə aparacaq: “Ermənistan bu reallıqla barışmalı və baş verənlərdən ciddi nəticə çıxarmalıdır. Əks halda, itkiləri daha çox olacaq və məhvə məhkum olacaq.

Azərbaycanın mövqeyi haqq mövqeyidir və beynəlxalq hüquq Azərbaycanın haqq mövqeyini dəstəkliyir. Ermənistan isə işğalçı və hərbi cinayət törədən dövlətdir. Gəncə şəhərinin, Qəbələ, Kürdəmir, Xızı, Goranboy rayonlarının atəşə tutulması, mülki əhalinin qətlə yetirilməsi bu fikri bir daha təsdiq edir. Bu hərbi cinayətləri törədənlərin cəzalandırılması üçün Azərbaycan bütün hüquqi prosedurları həyata keçirəcək.

Ermənistan anlamalıdır ki, xilasın yeganə yolu işğal altındakı torpaqları tərk etməkdir. Bu, nə qədər tez baş versə, bir o qədər də erməni əsgərləri az öləcək. Azərbaycan torpaqlarının azad olunması üçün bütün addımları atacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti