...

Prezident İlham Əliyev: Azərbaycan torpaqlarının işğalına son qoyulur

Siyasət Materials 10 Noyabr 2020 03:45 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan torpaqlarının işğalına son qoyulur

Bakı. Trend:

Azərbaycan torpaqlarının işğalına son qoyulur.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 10-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə videokonfrans formatında keçirilən görüşdə deyib.

Dövlət başçısı bildirib:

"Mən öz tərəfimdən demək istərdim ki, bu gün Ermənistan ilə Azərbaycan arasında çoxillik münaqişənin nizamlanması işinə nöqtə qoyulur, Azərbaycan torpaqlarının işğalına son qoyulur və saatlarla, ümumiyyətlə desək, günlərlə vaxt sərf edib mühüm mövqeləri razılaşdırmaq yolu ilə nizamlamaya nail olduq ki, mənim fikrimcə həm Azərbaycanın, həm də Ermənistanın və region ölkələrinin xalqlarının mənafelərinə cavab verir. Deməliyəm ki, indi bizim gördüyümüz münaqişənin hərbi-siyasi nizamlanması əminəm ki, regionumuzda uzunmüddətli sülhə, həmrəyliyə gətirib çıxaracaq, qarşıdurmaya və qan tökülməsinə son qoyacaq.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bizim regionda, Avrasiya məkanında ən uzunmüddətli münaqişələrdən biridir və bu gün həmin münaqişənin sona yaxınlaşması tarixi hadisədir, ilk növbədə, çoxillik işğaldan azad olan Azərbaycan xalqı üçün tarixi hadisədir. Bu, həm də beynəlxalq hüququn norma və prinsiplərinin təntənəsi, BMT Təhlükəsizlik Şurasının əfsuslar olsun ki, uzun müddət kağız üzərində qalmış qətnamələrinin implementasiyasıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti