...

Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransadan daha yüksəkdir - ISESCO-nun sabiq baş direktoru

Siyasət Materials 26 Noyabr 2020 17:17 (UTC +04:00)
Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransadan daha yüksəkdir - ISESCO-nun sabiq baş direktoru

Bakı. Orxan Nəbiyev - Trend:

Mən əminəm ki, Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransada və digər Qərb ölkələrində olduğundan daha yüksəkdir.

Trend-in məlumatına görə, bunu ISESCO-nun sabiq baş direktoru Əbdüləziz Osman əl-Tüveycri öz “Twitter” səhifəsində yazıb.

O, müxtəlif tədbirlərdə iştirak etmək üçün dəfələrlə Azərbaycanda olduğunu və müxtəlif dini konfessiyaların nümayəndələri ilə dəfələrlə görüşdüyünü yazıb:

“Ermənilər Qarabağda məscidləri vəhşicəsinə dağıdarkən və tövləyə çevirərkən Fransa və digər ölkələr susurdu. Bu gün isə Azərbaycanın mədəni dəyərlərinin dağıdılmasına susan ölkələr ondan xristian tarixi dəyərlərinə hörmət etməyi tələb edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti