Bakı. Orxan Nəbiyev - Trend:
ATƏT-ın hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde təşkilatın Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsini təyin edib.
Trend-in məlumatına görə, bu vəzifəyə Annika Soder təyin olunub.
ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndələri ATƏT regionunda böhran və münaqişələrin tənzimlənməsi üzrə sədrin işinə kömək edir və üzv dövlətlərin konkret sahələrdə səylərinin əlaqələndirilməsini təmin edir.
Qeyd olunur ki, 2021-ci il ərzində bundan əvvəlki albaniyalı sədrin xüsusi nümayəndələri də fəaliyyətini davam etdirəcək.