Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi yad edilib (FOTO)

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi yad edilib (FOTO)

Bakı. Trend:

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsinə həsr edilmiş təntənəli mitinq keçirilib.

MDB İcraiyyə Komitəsinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təntənəli tədbir İkinci Dünya müharibəsində Qələbənin 76-cı ildönümünün bayram edilməsi çərçivəsində Azərbaycanın Belarusdakı səfirliyinin təşəbbüsü ilə təşkil olunub.

Mitinqdə Müstəqil Dövlətlər Birliyini üzvü olan ölkələrin Birliyin nizamnamə və digər orqanları yanında Səlahiyyətli Daimi Nümayəndələri Şurasının üzvləri, Azərbaycan səfirliyinin əməkdaşları, Minsk şəhərinin Moskva rayonu administrasiyasının və Azərbaycan diasporunun nümayəndələri, habelə MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminski başda olmaqla MDB İcraiyyə Komitəsinin nümayəndə heyəti də iştirak edib. Mitinqə gələnlər qəhrəman tankçının xatirə lövhəsi önünə tər çiçəklər qoyublar.

Tədbirdə çıxış edən Azərbaycanın Belarusdakı səfiri, Birliyin nizamnamə və digər orqanları yanında Azərbaycan Respublikasının səlahiyyətli daimi nümayəndəsi Lətif Qəndilov mitinq iştirakçılarını qarşıdan gələn Qələbə Günü münasibətilə təbrik edib. Onun sözlərinə görə, Azərbaycan xalqı İkinci Dünya müharibəsində Böyük Qələbəyə sanballı töhfə verib. Belə ki, 1941-ci ilin əvvəlində Azərbaycanın sakinlərinin sayı təqribən 3,6 milyon nəfər olduğu halda respublikanın 680 min vətəndaşı cəbhəyə yollanıb, onların təqribən 400 mini həlak olub.

Belarusun faşizmdən azad edilməsi əməliyyatında 20 minə yaxın azərbaycanlı iştirak edib. Onlardan 14 nəfərinə Sovet İttifaqı Qəhrəmanı adı verilib. Lətif Qəndilov deyib: “Mogilyovda Sovet İttifaqı Qəhrəmanı Aslan Vəzirovun büstü, Vileykada iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun heykəli qoyulub. Yaxın vaxtlarda Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin də büstü qoyulacaq. Belarus xalqı, Belarus dövləti öz qəhrəmanları ilə yanaşı digər ölkələrin qəhrəman nümayəndələrinə də belə diqqət göstərirlər. Buna görə mən Belarus xalqına, Belarus dövlətinin başçısına təşəkkürümü bildirmək istərdim”. Səfir müharibə haqqında tarixi həqiqəti qoruyub saxlamağın əhəmiyyətini və böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin zəruri olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Viktor Quminski qeyd edib ki, Azərbaycan nümayəndəsi, sovet zabiti Nəcəfqulu Rəfiyev şəxsi şücaət göstərərək Belarusun faşizmdən azad edilməsinə böyük töhfə verib. Tank vzvodunun komandiri olan Rəfiyev “Baqration” əməliyyatının gedişində öz bölməsinin fəaliyyətini bacarıqla təşkil edib. Onun vzvodunun tankçıları Bobruysk ətrafında döyüşdə Ptiç çayını nəzarətə götürüb, Bobruysk – Qlusk şosesini tutaraq düşmənin geri çəkilmək yolunu kəsiblər. Daha sonra bu tank vzvodu düşməni qova-qova Qoretski rayonundakı Lenino yaşayış məntəqəsinə, oradan da Baranoviçiyə daxil olub. Beləliklə yüzlərlə insanın həyatı xilas edilib.

Viktor Quminski deyib: “İkinci Dünya müharibəsinin başlanmasının 80-ci il dönümü ərəfəsində biz unutmamalıyıq ki, faşizm üzərində Qələbə yalnız sovet xalqının şanlı övladlarının fədakarlığı, bizim möhkəm, sarsılmaz dostluğumuz sayəsində mümkün olub. Bu qələbə çox baha başa gəlib. Ona görə də müharibə illərinin faciəli tarixinin bir daha təkrarlanmaması üçün biz bu rəşadəti unutmamalıyıq”.

Kiberhücumlar müasir dövrün ən ciddi problemlərindən biridir - Mərkəzi Bank
Kiberhücumlar müasir dövrün ən ciddi problemlərindən biridir - Mərkəzi Bank
"Raiffeisen Bank" Azərbaycanda xidmətlərin keyfiyyətinin və sayının artırılmasını hədəfləyir
"Raiffeisen Bank" Azərbaycanda xidmətlərin keyfiyyətinin və sayının artırılmasını hədəfləyir
Azad zonalar Azərbaycan iqtisadiyyatına kapitalın cəlb olunmasına xidmət edəcək
Azad zonalar Azərbaycan iqtisadiyyatına kapitalın cəlb olunmasına xidmət edəcək
Loading Bars
Xəbər lenti
Astaraçay üzərində tezliklə yeni körpü inşa olunacaq - İran səfiri
İranda təlim təyyarəsi qəzaya uğrayıb
Silahlı Qüvvələr Günü ərəfəsində gənc əsgərlərlə görüş keçirilib (FOTO)
İranda ötən sutkada 111 nəfər koronavirusdan ölüb
Şəmkirdə qanunsuz tikinti dayandırılıb (FOTO/VİDEO)
Ermənistan polisi keçirilən parlament seçkilərində 21 pozuntu olduğunu bildirdi
Azərbaycan Ordusunun hərbi qulluqçularının növbəti qrupu Türkiyədə keçirilən komanda kursuna yola salınıb (FOTO/VİDEO)
Azərbaycan XİN 20 iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb
Odessada Azərbaycan Evi açılıb
Türkiyənin Qazi Universitetinin doktoranturasına qəbul olan Mingəçevir Dövlət Universitetinin gənc müəllimi və məzunu ilə görüş keçririlib (FOTO)
"Qəhrəman övladları” İdman Festivalı Göygöldə keçirilib (FOTO)
Ermənistanda əsgərlər zorla səsverməyə aparılır
Mingəçevir Dövlət Universitetinin əməkdaşları UNEC-də keçirilən respublika konfransında fəal iştirak ediblər
AZAL Tel-Əvivə xüsusi uçuşların icrasına başlayır
Ermənistanda seçki məntəqələrindən birində atışma səsləri eşidilib
Zəngilan rayonunun Sarılı Xəştab kəndi (VİDEO)
Sabahın hava proqnozu açıqlanıb
Havada toz dumanı müşahidə olunur
İran Rusiya ilə uçuşları dayandıra bilər
Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatları Şuşa Bəyənnaməsi ilə bağlı müraciət yayıb
Bakı limanının yeni layihələri yeni növ yüklərin cəlb olunmasına imkan yaradır
Ermənistanda parlament seçkiləri keçirilir
Bakıda mənzildən qadın meyiti tapılıb
Gədəbəydə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub
Çində bina çöküb, ən azı beş nəfər həlak olub
Almaniyada yol kənarında 17-ci əsrə aid iki rəsm əsəri tapılıb
Qazaxıstanda koronavirusa daha 1 119 nəfər yoluxub
Argentinada ilk mukormikoza yoluxma halı aşkarlanıb
Sloveniya peyvənd olunmadan gələn turistlər üçün karantin tətbiq edir
Bu gün rezidentura, dövlət qulluğu və doktoranturaya qəbul imtahanları keçirilir
Peruda avtobus dərəyə aşıb: 27 ölü
Bayden İsrailin yeni prezidentini qəbul edəcək
Braziliyada koronavirus qurbanlarının sayı yarım milyona çatır
Türkiyədə son sutkada koronavirusdan 4 195 nəfər sağalıb
Bərdə və Biləsuvarda minik avtomobilləri yanıb
ABŞ-da avtomobil veloyarış iştirakçılarını vurub
Belçikada məktəb binası çöküb, ölənlər var
Nazirlik Ermənistanın verdiyi mina xəritələrinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması xəbərlərinə aydınlıq gətirdi
Türkiyə və ABŞ müdafiə nazirləri Əfqanıstandakı vəziyyəti müzakirə ediblər
Bu gün AVRO-2020-nin Bakıda üçüncü oyunu keçiriləcək
Avro-2020: İspaniya yığması Polşa komandası ilə heç-heçə edib
Maxaçqala ilə Bakı arasında birbaşa aviareys açılacaq
Serbiyada hərbi müəssisədə ay ərzində ikinci partlayış baş verib
Teymur Rəcəbov “Grand Chess Tour” yarışının növbəti 3 turunda mübarizə aparıb
Cəlilabadda meşədə baş verən yanğın söndürülüb (FOTO)
Avro-2020: Almaniya yığması Portuqaliya komandasına qalib gəldi
Qəbələ rayonunda şəhid Bəhruz Abuşovun xatirəsi yad edilib (FOTO/VİDEO)
Yeni qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur
Avropa çempionatında iki güləşçimiz qızıl, biri bürünc medal qazanıblar (YENİLƏNİB)
Tərtərdə kafe yanıb
Avro-2020: Macarıstan yığması Fransa millisi ilə heç-heçə edib
Azərbaycanın xarici işlər naziri Antalyada Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb
Ermənistan 30 il ərzində ərazi bütövlüyünə hörmətlə yanaşılması prinsipini tapdalayıb - XİN
Aeroflot Türkiyəyə əlavə reyslər açacaq
MÜSİAD Azərbaycan rəhbərliyi İndoneziya səfirini ziyarət edib (FOTO)
İstanbulda zəlzələ olub
Azərbaycanda tikinti materiallarının istehsalı artıb
Azərbaycan Prezidenti İlham Əliyev İranın yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisini təbrik edib
Azərbaycanda COVID-19-a qarşı əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda koronavirusa 38 nəfər yoluxub, vəfat edən yoxdur
İran daxili işlər naziri seçkilərin yekun nəticəsini açıqladı - Rəisi prezidentdir
Putin İranın yeni seçilən prezidentini təbrik edib
Ermənistanda seçkilərin nəticələri dövlət çevrilişinə qədər gətirib çıxara bilər - Konfliktoloq
Üç güləşçimiz yarımfinalında: Fərid Xəlilov erməni güləşçini xalçaya çıxmağa peşman etdi
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə kursantların növbəti buraxılış mərasimi keçirilib (FOTO)
Vətən müharibəsinin biləsuvarlı şəhid zabit və gizirlərinin ailə üzvləri ilə görüş keçirilib (FOTO)
Antalya Diplomatiya Forumunda Cənubi Qafqazdakı sülh və real əməkdaşlıq imkanları müzakirə olunub (FOTO)
Ombudsmanın təşəbbüsü ilə şəhid ailələri və qazilər üçün növbəti tibbi yardım aksiyası Ağstafada təşkil olunub (FOTO)
İnsanlar istirahət üçün rayonlara üz tutur - Kirayə evlərin qiyməti bahalaşır
Sosial şəbəkələrin fəaliyyətində yaranmış problem lokal deyil, qlobal xarakter daşıyıb - Nazirlik
Müdafiə Nazirliyinin nümayəndə heyəti Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət edib (FOTO)
Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Azərbaycana səfər edəcək
Böyük Vətən Müharibəsinin başladığı tarix almanlar üçün utancvericidir - Merkel
BNA futbol üzrə Avropa çempionatı ilə əlaqədar azarkeşlərə müraciət edib
Füzulidə ağır yol qəzası: 2 ölü, 6 yaralı var
Bakıda yetkinlik yaşına çatmayan şəxsə qarşı quldurluq edənlər saxlanılıb (FOTO/VİDEO)
13 restoran və kafedə kobud pozuntular aşkarlandı
“Azərbaycanım” IV Respublika uşaq rəsm festivalı çərçivəsində uşaqlar üçün növbəti plener keçiriləcək
İranda daha 108 nəfər koronavirusdan ölüb
Səbaildə yeni təşəbbüs: Heykəltəraşlıq abidələrində təmizlik işləri aparılır (FOTO)
İran XİN Britaniya səfirinə etiraz notası təqdim edib
“Anadolu Qartalı - 2021” təliminə hazırlıq məşqləri keçirilib (FOTO)
Türkiyə bundan sonra da hər zaman Azərbaycanın yanında olacaq - Ömər Çelik
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İctimai şura üzvləri ilə görüş olub (FOTO)
ADPU və ADMİU rektorları əməkdaşlıq haqqında müqavilə imzalayıblar (FOTO)
Azad edilmiş ərazilərin bərpasında Pakistanla əməkdaşlıq müzakirə olunub (FOTO)
Ruhani yeni seçilən İran prezidentini təbrik edib
Kiberhücumlar müasir dövrün ən ciddi problemlərindən biridir - Mərkəzi Bank
Şuşa Bəyannaməsi Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti üçün ciddi hüquqi əsaslar yaradıb - Fuad Muradov (MÜSAHİBƏ)
Ombudsmanın regional mərkəzləri “İnsan Hüquqları Aylığı” çərçivəsində silsilə hüquqi maarifləndirmə tədbirləri keçirib
İranda təcili yardım vertolyotu qəzaya uğrayıb
Cənubi Qafqazda nəqliyyat marşrutlarının açılması əməkdaşlıq üçün böyük imkanlar yaradır - XİN rəhbəri
Bəzi Rusiya KİV-lərində erməni cəhaləti tüğyan edir
Hərbi alpinistlərin iştirakı ilə “Qarabağ Azərbaycandır!” adlı ekspedisiya təşkil edilib
Daha iki qazi yüksək texnologiyalı protezlərlə təmin edib (FOTO)
ATƏT Minsk qrupu Qarabağ münaqişəsinin həlli məsələsində özünü doğrultmadı - Brayza
Füzuli, Laçın və Zəngilanda aeroport tikintisi üçün idxal olunan mallar gömrük rüsumundan azad edilib
Qarabağ münaqişəsi başa çatıb, ona görə diqqəti gələcəyə yönəltmək lazımdır - Ceyhun Bayramov (ƏLAVƏ OLUNUB)
Bazar günü 40 dərəcəyədək isti olacaq
Azərbaycana satış üçün gətirilən 1 tondan artıq hind quşu dərisi yararsız çıxıb
Bütün xəbərlər