...

Azərbaycanın Qırğız Respublikasına yeni səfiri təyin edildi

Siyasət Materials 6 Oktyabr 2021 16:23 (UTC +04:00)
Azərbaycanın Qırğız Respublikasına yeni səfiri təyin edildi

Bakı. Trend:

Prezident İlham Əliyev L.S.Qəndilovun Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam verib.

Trend xəbər verir ki, Sərəncamla Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısının digər Sərəncamına əsasən, Hidayət Xuduş oğlu Orucov Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti