...

Azərbaycan Qarabağı azad etməklə beynəlxalq ictimaiyyətin yaddaşına ədalət ismarıcını həkk etdirib - Türkiyə Prezidenti

Siyasət Materials 12 Noyabr 2021 16:26 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Azərbaycan Qarabağı işğaldan azad etməklə beynəlxalq ictimaiyyətin yaddaşına ədalət ismarıcını həkk etdirib.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə çıxışı zamanı deyib.

"Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi türk dünyasının birlik və bərabərliyini möhkəmləndirib. Qarabağın azadlığının rəmzi olan Xarıbülbül zəfərin müjdəçisinə çevrilib. Qarabağ zəfəri təkcə işğal altındakı torpaqların azad edilməsi demək deyil, həm də regionda dayanıqlı sülh, sabitlik və əməkdaşlığın təmin olunmasına aparan yolun önünü açıb" - deyə, Prezident bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti