...

Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatdır - XİN

Siyasət 13 Yanvar 2022 17:56 (UTC +04:00)

Bakı. Trend:

Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatdır və tərəfləri münaqişənin hərbi yolla həllindən çəkinməyə çağırır.

Trend xəbər verir ki, bu barədə Rusiya XİN-in sözüçü Mariya Zaxarova məlumat verib.

Zaxarova gərginlikdən qaçmağın əsas həllini sərhədin delimitasiya və demarkasiya prosesinin başlanmasında gördüyünü bildirib.

O qeyd edib ki, bu məsələdə Rusiya hərtərəfli yardım etməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti