...

Zelenski "Borispol" hava limanında güc strukturları rəhbərləri ilə görüş keçirib

Siyasət Materials 20 Fevral 2022 03:25 (UTC +04:00)
Zelenski "Borispol" hava limanında güc strukturları rəhbərləri ilə görüş keçirib

Bakı. Trend:

Ukrayna Prezidenti Vladimir Zelenski Münhen Təhlükəsizlik Konfransından qayıtdıqdan sonra Borispol Beynəlxalq Hava Limanında təhlükəsizlik və müdafiə strukturlarının rəhbərliyi ilə görüş keçirib.

Trend xəbər verir ki, bu barədə məlumatı dövlət başçısının ofisi yayıb.

Qeyd olunur ki, V.Zelenski Ukraynanın şərqində son 24 saat ərzində baş verən hadisələr və qoşunların döyüş hazırlığının vəziyyəti ilə bağlı ətraflı məruzələri dinləyib, həmçinin kəşfiyyat orqanlarından ən son məlumatlar alıb.

"Bundan əlavə, təxirəsalınmaz humanitar problemlər və onların həlli yolları müzakirə olunub.

İclas iştirakçıları hadisələrin gələcək inkişafının mümkün ssenarilərini və onların hər birinin həyata keçiriləcəyi təqdirdə Ukraynanın addımlarını müzakirə ediblər.

Vladimir Zelenski qoşunların aktual əlavə maddi-texniki təchizatı ilə bağlı göstərişlər verib", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti