...

Conson və Zelenski Ukraynaya silah tədarükünü müzakirə ediblər

Siyasət Materials 28 Fevral 2022 05:07 (UTC +04:00)
Conson və Zelenski Ukraynaya silah tədarükünü müzakirə ediblər

Bakı. Trend:

Böyük Britaniyanın baş naziri Boris Conson və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, bu barədə Britaniya hakimiyyəti rəhbərinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, London Kiyev hakimiyyətinə silah tədarük etmək vədinə sadiq olduğunu bildirib:

"Prezident Zelenski hesab edir ki, növbəti 24 saat Ukrayna üçün əsas olacaq. Baş nazir bildirib ki, o, Böyük Britaniya və müttəfiqlərinin müdafiə yardımlarının Ukraynaya çatdırılması üçün əlindən gələni edəcək. Liderlər yaxın təmasları davam etdirməyə razılaşdılar, Baş nazir Britaniyanın Ukraynanın suverenliyinə güclü dəstəyini bir daha təkrarlayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti