...

Pasportu olmayanlar Ukraynadan Azərbaycana necə gələ bilər? - AÇIQLAMA

Siyasət Materials 2 Mart 2022 15:32 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Pasportları olmayanların, sənədləri qaydasında olmayanların Vətənə dönməsi üçün qayıdış şəhadətnaməsinin verilməsi məsələsi qaldırılıb.

Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.

L. Abdullayeva bildirib ki, bu, müəyyən qədər vaxt tələb edir. O qeyd edib ki, Azərbaycan səfirliyi orada fəaliyyət göstərir və oradakı vətəndaşlarımızı müvafiq sənədlərlə təmin edir.

“Vətənə qayıdış şəhadətnəmələrinin tərtib edilməsinə vaxt lazımdır”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti