...

Azərbaycanın Ukraynadakı diplomatları Kiyevdən Lvova köçürüldü

Siyasət Materials 8 Mart 2022 11:24 (UTC +04:00)
Azərbaycanın Ukraynadakı diplomatları Kiyevdən Lvova köçürüldü

Bakı. Fərid Zöhrabov - Trend:

Ukraynadakı vəziyyətlə əlaqədar, paytaxt Kiyev şəhərində artan təhlükə şəraitində bu şəhərdə fəaliyyət göstərən Azərbaycan diplomatları Ukraynanın Lvov şəhərinə köçüblər.

Trend xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi yayıb.

Bildirilib ki, müvəqqəti olaraq Lvov şəhərində fəaliyyət göstərəcək diplomatlarımız Ukraynadakı Azərbaycanlıların müraciətləri, o cümlədən təxliyəsi məsələsi ilə bağlı fəaliyyəti davam etdirəcək.

Səfirliklə aşağıdakı qaynar xətlərlə əlaqə saxlamaq olar:

+380 73 505 00 00
+380 99 408 99 43

Məqalədə:
Xəbər lenti

Xəbər lenti