...

Bolqarıstan parlamentində Xocalı soyqırımı ilə bağlı Bəyannamə qəbul edilib

Siyasət Materials 11 Mart 2022 18:19 (UTC +04:00)
Bolqarıstan parlamentində Xocalı soyqırımı ilə bağlı Bəyannamə qəbul edilib

Bakı. Trend:

Xocalı soyqırımı ilə bağlı Bolqarıstan Respublikasının parlamentində Bəyannamə qəbul edilib.

Bu barədə Trend-ə Azərbaycanın Bolqarıstandakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, 10 mart 2022-ci il tarixində Bolqarıstan Respublikasının Xalq Məclisində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bəyannamə qəbul olunub.

Bəyannamədə Xocalı qətliamı nəticəsində qətlə yetirilmiş 613 nəfər, həmçinin, mindən çox yaralanmış və itkin düşmüş şəxslərin xatirəsi ehtiramla anılır və baş vermiş kütləvi qırğın qətiyyətlə pislənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti