...

MSK-nın iclasında bir neçə sənəd təsdiqlənib

Siyasət Materials 17 Mart 2022 16:28 (UTC +04:00)
MSK-nın iclasında bir neçə sənəd təsdiqlənib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Trend-in məlumatına görə, iclasın gündəliyinə MSK-nın 3 sentyabr 2021-ci il tarixli iclas protokolunun təsdiq edilməsi, VI çağırış Milli Məclisin deputatı Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilməsi, “Azərbaycan vətəndaşlarının qanunvercilik təşəbbüsü hüququnda istifadə etməsi qaydası haqqında” qanunda nəzərdə tutulan sənəd nümunəsinin təsdiq edilməsi, MSK-nın normativ xarakterli aktına dair məsələ və bəzi Dairə Seçki Komissiyalarının (DSK) tərkibində dəyişiklik edilməsi daxil edilib.

Bütün məsələlər müzakirə edilərək təsdiq edilib, bir neçə DSK-nın tərkibinə dəyişiklik edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti