Bakı. Trend:
Böyük Britaniya Azərbaycana minaların təmizlənməsi prosesində hər cür dəstək göstərməyə çalışır.
Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Trend-in müxbirinin sualını cavablandırarkən deyib.
"Bu proses ilk növbədə yüz minlərlə məcburi köçkünün doğma yurdlarına qayıda bilməsi üçün çox vacibdir", - səfir deyib.
Onun sözlərinə görə, Böyük Britaniya əvvəlki kimi Azərbaycan Minatəmizləmə Agentliyinə minaların təmizlənməsi prosesində, eləcə də insanların mina təhlükəsi barədə məlumatlandırılmasında hər cür dəstək göstərməyə çalışır.
Səfir, həmçinin bildirib ki, özü şəxsən Böyük Britaniya şirkətlərinin minatəmizlmə üzrə məşğələlər keçdiyi Cəbrayıl rayonunda olub.
(Tərcümə: Orxan Nəbiyev)