...

Xətai Rayon İcra Hakimiyyətində Yaponiyanın “Kosugi Zohen” şirkətinin rəhbəri ilə görüş keçirilib (FOTO)

Siyasət Materials 8 Aprel 2022 17:36 (UTC +04:00)
Xətai Rayon İcra Hakimiyyətində Yaponiyanın “Kosugi Zohen” şirkətinin rəhbəri ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanda səfərdə olan Yapon bağları və parklarının salınması və dizaynı üzrə ixtisaslaşmış məşhur “Kosugi Zohen” şirkətinin rəhbəri Saki Kosuqi və həmin şirkətin meneceri Andreas Hamaçer ilə Rayon İcra Hakimiyyətində görüş keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, aparatın məsul şəxsləri iştirak ediblər.

Görüş zamanı Azərbaycan-Yaponiya dostluq münasibətləri çərçivəsində iş birliyinin davam etdirilməsi müzakirə olunub.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Yaponiya – Azərbaycan diplomatik əlaqələrinin 30 illiyindən, 44 günlük Vətən müharibəsində əldə olunan Böyük Zəfərdən, işğaldan azad edilmiş ərazilərdə gedən yenidənqurma və bərpa işlərindən danışıb.
Yaponiya nümayəndə heyətinin rəhbəri Saki Kosuqi hər dəfə Azərbaycanda, Bakıda, o cümlədən Xətai rayonunda olmaqdan məmnunluğunu bildirib. Lakin pandemiya səbəbindən təxminən 2 ildir Azərbaycana gələ bilmədiyini qeyd edən qonaq bildirib ki, Yapon bağının məhz Xətai rayonundakı öz gözəlliyi ilə seçilən, əhalinin daha çox üstünlük verdiyi istirahət məkanı olan, Azərbaycan xalqının Ümummilli Liderinin adını daşıyan Heydər Əliyev parkında olması onu çox sevindirir. Çünki məhz bu dahi şəxsiyyətə olan böyük sevgi və parkın füsunkarlığı yapon mədəniyyətini özündə əks etdirən Yapon bağının məhz həmin ərazidə salınmasına səbəb olmuşdur. Yaponiyalı qonaq, həmçinin bağın yüksək səviyyədə qorunub saxlanılmasından məmnun olduğunu vurğulayıb. Eləcə də Azərbaycana növbəti gəlişi zamanı Qarabağa, Şuşaya səfər etmək arzusunda olduğunu bildirib.

Görüşün sonunda qonaqlara hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti