...

Azərbaycan postmünaqişə dövründə qarşıya qoyulan məqsədlərə nail olub – Deputat

Siyasət Materials 14 Aprel 2022 12:30 (UTC +04:00)
Azərbaycan postmünaqişə dövründə qarşıya qoyulan məqsədlərə nail olub – Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

44 günlük Vətən müharibəsində tarixi Zəfərdən sonra Azərbaycanın qarşısında dayanan prioritet məsələlərdən biri erməni vandalları tərəfindən viran qoyulan ərazilərimizin bərpası idi. Hələ müharibə başa çatmamış artıq Azərbaycan azad olunan ərazilərdə bərpa və quruculuq işlərinə başlamışdı və qələbədən sonra bu işlər daha da sürətləndi. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri sistemli şəkildə və sürətlə davam etdirilir.

Bunu Trend-ə Milli Məclisin deputat Afət Həsənova deyib.

Deputat bildirib ki, postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşıda duran bütün vəzifələr icra edilib.

“Bərpa və yenidənqurma işlərinə başlamaq üçün isə ən vacib məsələ ərazilərin minalardan təmizlənməsi və təhlükəsizliyin təmin edilməsi idi. Təəssüflər olsun ki, erməni vandalları işğal dövründə ərazilərimizdə külli miqdarda minalar basdırıblar və həmin minaların təmizlənməsi zaman və böyük əziyyət tələb edir. Zəfərdən dərhal sonra Azərbaycan bu istiqamətdə çevik addımlar atmağa başladı. Məlumatlara əsasən 10 noyabrdan bu günə qədər 25 min hektardan çox ərazi minalardan təmizlənib, 55 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Bu il daha çox ərazilərin minalardan ərazilərin minalardan təmizlənməsi nəzərdə tutulur.

Belə ki, minalardan təmizlənmə prosesini sürətləndirmək üçün bu il dövlət büdcəsində 100 milyon manata yaxın vəsait nəzərdə tutulub. Yeni texnikanın alınması təmin edilir, o cümlədən ən müasir texnika, dronlar və digər müasir cihazlar alınır. ANAMA, Müdafiə Nazirliyinin bölmələri və Fövqəladə Hallar Nazirliyindən başqa prosesə yerli şirkətlər daha geniş miqyasda cəlb olunmalıdırlar”, - deyə deputat bildirib.

O qeyd edib ki, minalardan təmizləmə ilə yanaşı işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və quruculuq işləri həyata keçirilməkdədir.

“Bu günə qədər qarşıya qoyulan bütün vəzifələr uğurla icra edilib və işlər sürətlə davam etməkdədir. Azərbaycan bu sahədə də dünyaya bir nümunə göstərir və bütün bu işləri öz daxili imkanları hesabına həyata keçirir. Azad edilmiş ərazilərimizdə həm yeni yollar çəkilir, infrastruktur layihələri icra edilir, məktəblər, xəstəxanalar, tikilir, “ağıllı kənd” layihəsi icra olunmaqdadır.

Bu il Ağdam, Şuşa və Cəbrayılda məktəblərin inşasının başa çatması nəzərdə tutulur, eyni zamanda dörd xəstəxana inşa edilir. Şuşa şəhərində xəstəxanın bu il istismara verilməsi planlaşdırılır. O cümlədən Ağdamda 210, Füzulidə isə 180 çarpayılıq xəstəxanaların inşasına başlanılıb.

Bununla yanaşı azad edilən ərazilərdə 15 irimiqyaslı yol infrastruktur layihəsi sürətlə həyata keçirilməkdədir.

Məlum olduğu kimi, artıq Zəfər yolu hazırdır. Digər istiqamətlərdə də fəaliyyətlər davam edir. Dəmir yollarının çəkilməsi, Zəngəzur dəhlizinin yaradılması, hava limanlarının fəaliyyəti ilə əlaqədar işlər həyata keçirilməkdədir. Azərbaycan ən qısa zamanda Füzuli hava limanını inşa edərək istismara verib, eyni zamanda Zəngilan və Laçında hava limanlarının tikintisi istiqamətində sürətli işlər görülür.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bütün bu işlərin məqsədi öz doğma torpaqlarından didərgin düşmüş insanlarımız üçün layiqli həyat səviyyəsi təmin etmək və o əraziləri dünyanın ən gözəl məkanlarından birinə çevirməkdir. Azərbaycan bu istiqamətdə sürətlə irəliləyir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti