...

Vaşinqton İranın dondurulmuş 7 milyardlıq aktivinin azad olunmasını təkzib edib

Siyasət Materials 15 Aprel 2022 22:03 (UTC +04:00)
Vaşinqton İranın dondurulmuş 7 milyardlıq aktivinin azad olunmasını təkzib edib

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları İranın xaricdəki dondurulmuş aktivlərindən 7 milyard dolların azad edilməsinə dair iddia edilən razılaşma ilə bağlı məlumatları təkzib edib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, bütün sanksiyalar 2015-ci il üçün Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə konsensus əldə olunana qədər qüvvədə qalacaq.

“İndiki mərhələdə bu danışıqlar prosesində uğurlu nəticə əldə olunmayıb", - Prays vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti