...

Qanuna dəyişiklik Şuşa adından indiyə qədər istifadə edənlərə necə təsir edəcək?

Siyasət Materials 26 Aprel 2022 16:01 (UTC +04:00)
Qanuna dəyişiklik Şuşa adından indiyə qədər istifadə edənlərə necə təsir edəcək?
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanuna dəyişikliklə Şuşa şəhərinin adından istifadə edilməsi qaydasının müəyyən edilməsinin indiyə qədər Şuşa adından müxtəlif yelərdə istifadə edilməsinə necə təsir göstərəcəyinə aydınlq gətirilib.

Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli bildirib ki, bu qanun heç nəyi qadağan etmir, tənzimləyir.

“Bu qanun məsələni iki istiqamətdə tənzimləyir. Bir istiqamət ondan ibarətdir ki, qanuna uyğun olaraq və müvafiq qurumun müəyyən etdiyi hallarda Şuşa adından istifadə etmək olar. İkinci forma razılıq ilədir. Formasından asılı olmayaraq, indiyə qədər Şuşa adından istifadə edənlər Şuşanı yaşatmaq məqsədi ilə ediblər. Dövlətin və dövlət orqanlarının bu formata qarşı tədbir görmək niyyəti yoxdur. Qanun qüvvəyə mindikdən sonra isə müəyyən edilən hallar içərisində Şuşa adı ya istifadə edilməlidir, ya da bunun üçün razılıq alınmalıdır. Digər hallar artıq məsuliyyətə səbəb ola bilər”, - deyə Ə.Hüseynli bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti