Füzuli. Trend:
Şuşada "Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda iştirak edəcək beynəlxalq beyin mərkəzlərinin nümayəndələri Qarabağda minaların təmizlənməsi prosesi ilə tanış olublar.
Trend-in müxbiri bildirir ki, Şuşa şəhərinə yola düşməzdən əvvəl nümayəndə heyəti Azərbaycan Minatəmizləmə Agentliyinin işğaldan azad edilmiş ərazilərdə apardığı işlərlə tanış olub.
Qeyd olunub ki, Ermənistan tərəfinin Azərbaycana təqdim etdiyi mina xəritələrinin yalnız 25 faizi dəqiqdir və bu da minaların təmizlənməsi prosesini çətinləşdirir.
(Tərcümə: Orxan Nəbiyev)