...

Ərəb Liqasının baş katibi IX Qlobal Bakı Forumunda iştirak edəcək

Siyasət Materials 28 Aprel 2022 10:44 (UTC +04:00)
Ərəb Liqasının baş katibi IX Qlobal Bakı Forumunda iştirak edəcək

Bakı. Trend:

Bu gün Ərəb Liqasının baş katibi Ahmed Aboul Gheit Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibini qəbul edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Trend-ə verilən məlumata görə, görüş zamanı Bakıda mərkəzin təşkilatçılığı ilə keçirilən IX Qlobal Bakı Forumuna hazırlıq, toplantıda müzakirə olunacaq mövzular üzrə fikir mübadiləsi aparılıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəvətini qəbul edərək IX Qlobal Bakı Forumunda iştirak edəcək Ahmed Aboul Gheit, Azərbaycanın dünyada artan əhəmiyyəti, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında reallaşdırdığı önəmli layihələr, yaranan qlobal ərzaq təhlükəsizliyi müzakirə edilib.

O cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin hal-hazırda dünyada narahatlıqla izlənilən Ukrayna müharibəsində sülh prosesinin qurulması istiqamətində atdığı layihələr qeyd olunub.

Ahmed Aboul Gheite Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqanın “Nizami Gəncəvinin yeddi gözəli və ədəbiyyatda digər esselər” və Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldinin “Nizami Gəncəvi: Şair və Müdrik” kitabları və xüsusi nəşr olan “The Magic of the Pen Select Miniatures from the Khamsa of Nizami Ganjavi” kitabı təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti