...

Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə üçtərəfli İşçi Qrupunun iclası keçirilib

Siyasət Materials 4 İyun 2022 00:45 (UTC +04:00)

Bakı. Trend:

İyunun 3-də Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan və Rusiya Federasiyasının Baş nazirin müavini Aleksey Overçukun birgə sədrliyi ilə üçtərəfli İşçi Qrupunun 10-cu iclası keçirilib.

Trend bu barədə Rusiya hökumətinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, tərəflər sərhəd, gömrük və digər nəzarət növləri, o cümlədən Azərbaycan Respublikası və Ermənistan Respublikasının ərazilərindən avtomobil və dəmir yollarında vətəndaşların, nəqliyyat vasitələrinin və malların təhlükəsiz keçməsi məsələlərini müzakirə edib və mövqelərini bir araya gətiriblər

Görüş zamanı həmçinin Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edən avtomobil yolunun Ermənistan ərazisindən keçməsi üçün mümkün marşrutlar barədə fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası liderləri arasında regionda nəqliyyat əlaqələrinin açılmasına dair razılaşmaların həyata keçirilməsi üzərində işi davam etdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti