...

Qarabağda minaların təmizlənməsi prosesinin sürətlənməsi ümumi rifahın inkişafına xidmət edəcək - BMT rəsmisi

Siyasət Materials 6 İyun 2022 15:39 (UTC +04:00)
Qarabağda minaların təmizlənməsi prosesinin sürətlənməsi ümumi rifahın inkişafına xidmət edəcək - BMT rəsmisi
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağda minaların təmizlənməsi prosesinin sürətlənməsi ümumi rifah mühitinin inkişafına xidmət edəcək.

Trend-in məlumatına görə, bunu BMT İnkişaf Proqramının Azərbaycandakı daimi nümayəndəsi Çaru Bist Avropa İttifaqı ilə BMT İnkişaf Proqramının azad edilmiş ərazilərdə minaların təmizlənməsi prosesinə yardıma yönəlmiş birgə layihənin təqdimatı zamanı deyib.

"Bu layihə inteqrasiyanın, təhsilin, kənd təsərrüfatının inkişafı üçün güclü stimul olacaq", - deyə o bildirib.

Onun sözlərinə görə, minalar və partlamamış sursatlar ciddi təhdid təşkil edir və insanların kənd təsərrüfatı torpaqlarına çıxışına əngəl törədir.

"Layihə kənd təsərrüfatından asılı olan 1 500 nəfərə və onların ailələrinə dərhal qısamüddətli dəstəyi təmin edəcək", - Ç.Bist bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti