Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı Xorəzm şəhərində Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımovla əsgər yoldaşı Uluqbek Matniyazov arasında 38 il sonra sevincli görüş olub.
Trend-in məlumatına görə, Azər Qasımov və Uluqbek Matniyazov 1985-1987-ci illərdə RSFSR-in Kalinin vilayətində (indiki Rusiya Federasiyasının Tver vilayəti) birgə hərbi xidmət keçiblər.
Həmin görüşün videogörüntülərini təqdim edirik.