...

Şəhid ailələri və qazilərin sosial müdafiəsi - REAL İNTERVYU (VİDEO)

Siyasət Materials 15 İyul 2022 16:49 (UTC +04:00)

Bakı. Trend:

Postmüharibə dövründə 100 minədək şəxsə sosial dəstək göstərilib.

Trend xəbər verir ki, bu gün "Real intervyu"da müharibə iştirakçılarını maraqlandıran məsələlər müzakirə olunub.

Dövlət tərəfindən onlara göstərilən dəstək, onlara tətbiq olunan güzəştlər müzakirə mövzusu olub.

Real tv-nin qonağı isə Birinci Qarabağ Müharibəsi veteranı, polkovnik Elşad Həsənovdur.

Məlumat üçün qeyd edək ki, hazırda da davam edən sosial dəstək tədbirləri şəhid ailələri, müharibə iştirakçıları və erməni terrorundan zərər çəkənlərdən ibarət 100 minədək şəxsi əhatə edib, onlara 191 min xidmət göstərilib, 93 min nəfərə 104 min sosial ödəniş edilib.

Xəbər lenti

Xəbər lenti