...

Prezident İlham Əliyev: Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan memorandum gələcək üçün yol xəritəsidir

Siyasət Materials 18 İyul 2022 16:38 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan memorandum gələcək üçün yol xəritəsidir

Bakı. Trend:

Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan memorandum gələcək üçün yol xəritəsidir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenlə mətbuata bəyanatla çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bu gün imzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir. Nəzərə alsaq ki, əvvəlcə planlaşdırdığımız bütün məsələlər tərəfimizdən icra olunub, əminəm, bundan sonra da böyük uğurlara imza atacağıq. Bu gün müzakirə etdiyimiz digər məsələlər sırasında şəbəkələrin qurulması məsələsi oldu. Azərbaycanın coğrafi mövqeyini və müasir daşımalar infrastrukturunu nəzərə alaraq, biz potensialımız arasında şəbəkənin qurulması üzərində daha fəal çalışmalıyıq. Burada, Xəzərin qərb sahilində Azərbaycanın Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları, yeni dəniz limanı, bütün qonşularımızla bizi birləşdirən dəmir yolları var. Buna görə də münasibətlərimizdə şəbəkənin enerji qədər vacib olmasına yönələn birgə səylərə böyük ehtiyac duyulur. Əlbəttə ki, gündəliyimiz çox genişdir. Biz Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində işləyirik. Bunu elə indicə xanım Prezidentlə müzakirə etdik və ümidvarıq ki, gələn ay bunu başa çatdıra bilərik. Bu, ikitərəfli əməkdaşlığımıza mühüm töhfə olacaqdır. Biz Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada işləyirik. Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Planlarımızın icrası əlbəttə ki, ticari dövriyyəni xalqlarımızın rifahı naminə artıracaq. Əminəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti