Bakı. Trend:
Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə beynəlxalq dəstəyi gücləndirmək lazımdır.
Bunu Trend-ə Böyük Britaniyanın "Chapman Taylor" şirkətinin Direktorlar Şurasının sədri Adrian Qriffits deyib.
"Biz 18 aydan çoxdur ki, Qarabağ bölgəsinə səfər edirik. Şirkətimiz Şuşa və Cəbrayıl şəhərlərinin baş planlarının hazırlanmasında iştirak edib", - deyə o bildirib.
Onun sözlərinə görə, işğal dövründə Azərbaycan ərazilərində baş verənlər fəlakətdir.
"Bərpa proqramı nəhəng təşəbbüsdür. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması bu istiqamətdə başlıca prioritetdir. Bu gün ən böyük problemlərdən biri minaların sayı və onların yaratdığlı təhlükədir. Hesab edirəm ki, minaların təmizlənməsinə beynəlxalq dəstəyi gücləndirmək lazımdır", - A.Qriffits deyib.
(Tərcümə: Orxan Nəbiyev)