...

Ermənistan törətdiyi cinayətlərin məsuliyyətini daşımalıdır - Mətin Məmmədli

Siyasət Materials 11 Oktyabr 2022 11:52 (UTC +04:00)
Ermənistan törətdiyi cinayətlərin məsuliyyətini daşımalıdır - Mətin Məmmədli
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bütün bu hadisələr xalqımızın qan yaddaşıdır. Ermənistan 30 il ərzində bizə qarşı xeyli sayda cinayətlər edib.

Trend-in məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Mətin Məmmədli Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun 2-ci ildönümü ilə bağlı keçirilən dəyirmi masada çıxış edərkən deyib.

O bildirib ki, tarixdə belə bütün dövlətlər törətdiyi cinayətlərə görə, hüquqi, siyasi, mənəvi məsuliyyət daşıyıblar.

"İlk növbədə biz Ermənistandan gözləyirik ki, etdiyi cinayətləri qəbul etsin və məsuliyyətini daşısın. Ermənistan hökuməti bunu etsə, yalnız bundan sonra iki ölkə arasında sülh prosesinə töhfə verə bilər", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti