Bakı. Trend:
Qırğızıstan-Azərbaycan İnkişaf Fondu inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də Bişkekdə Qırğız Respublikasının Prezidenti Sadır Japarovla birgə mətbuata açıqlamasında deyib.
Dövlət başçısı bildirib:
"Məmnunluqla deməliyəm ki, Bakı görüşü zamanı bizim nəzərdə tutduqlarımızın bir hissəsi artıq icra olunub. İlk növbədə, birgə Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərarı vurğulamaq istərdim. Bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək".