...

Ali Baş Komandan İlham Əliyev tarixi, siyasi şəraiti dəyişməklə Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin etmiş oldu - Əli Hüseynli (FOTO/VİDEO)

Siyasət Materials 8 Noyabr 2022 22:59 (UTC +04:00)
Ali Baş Komandan İlham Əliyev tarixi, siyasi şəraiti dəyişməklə Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin etmiş oldu - Əli Hüseynli (FOTO/VİDEO)

Bakı. Trend:

Ali Baş Komandan İlham Əliyev tarixi, siyasi şəraiti dəyişməklə Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin etmiş oldu.

Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib.

Ə.Hüseynli bildirib ki, noyabr ayında Azərbaycan xalqı bir neçə tarixi günü qeyd edir. Bu, bizim Dövlət Bayraq Günüdür, Konstitusiya Günüdür.

“Ancaq Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsi olmasaydı, biz yenə də Dövlət Bayraq Gününü, Konstitusiya Gününü ərazi bütövlüyümüz olmadan qeyd edə bilərdik. Bu baxımdan 8 noyabr Vətən müharibəsindəki Qələbə Günü müstəqil Azərbaycanın dövlətçiliyi üçün müstəsna əhəmiyyət kəsb edir.

Ərazi bütövlüyümüz təmin edilib, Azərbaycan xalqı, Azərbaycan dövləti özünün bütün tarixi günlərini ərazi bütövlüyü təmin olunmuş bir şəraitdə qeyd edir. Əlbəttə ki, bu qələbənin bir neçə mənada xüsusi əhəmiyyəti var. Bu, Azərbaycan xalqının döyüş şəraitində əldə etdiyi ən mühüm qələbəsidir”, - deyə o bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev faktiki olaraq tarixi, siyasi şəraiti dəyişməklə Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin etmiş oldu.

“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev göstərdi ki, biz tək müharibənin qalibiyyət nəticələri ilə qürurlanmırıq, bu qalibiyyət tək Azərbaycan xalqı üçün, region üçün olmayıb, bütövlükdə Avroasiya mühiti üçün olub. 8 noyabr qələbəsi bütün regiona sülh və əminamanlıq gətirən bir hadisədir, Azərbaycan xalqı və bütün dünyada yaşayan azərbaycanlılar bununla qürur duyurlar”, - deyə Ə.Hüseynli əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti