...

Qarabağ münaqişəsi artıq tarixdir - Soçidə Azərbaycanın qəti mövqeyi

Siyasət Materials 1 Noyabr 2022 09:26 (UTC +04:00)
Qarabağ münaqişəsi artıq tarixdir - Soçidə Azərbaycanın qəti mövqeyi

Trend-i buradan izləyin

Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 31-də Soçidə Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan ilə görüşü oldu. Üçtərəfli görüşdən əvvəl isə Azərbaycan və Rusiya liderlərinin təkbətək görüşü baş tutdu.

Üçtərəfli görüşün yekunu olaraq isə tərəflər bəyanat qəbul etdilər. Bəyanatda diqqət çəkən əsas məqamlardan birincisi isə "Qarabağ" ifadəsinin işlədilməməsi oldu. Soçi görüşünün nəticələri Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir.

Bəyanatdakı əsas məqamlar:

- Güc tətbiqindən və ondan istifadə ilə hədələrdən çəkinmək.

- Bütün problemləri yalnız BMT nizamnaməsinə və 1991-ci il Alma-Ata bəyannaməsinə uyğun olaraq suverenliyin tanınması, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığı əsasında həll etmək.

- Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üzrə hazırlıq işlərinin aktivləşdirilməsinin vacibliyi vurğulanır.

- Əvvəlki fəaliyyət əsasında qarşılıqlı məqbul həllərin araşdırılmasını davam etdirmək. Moskva bu işə hərtərəfli dəstək verəcək.

- Azərbaycan və Ermənistan rəsmi Moskvanın iki ölkə arasında normallaşma prosesinə, həmçinin Cənubi Qafqazda sabitliyin təmin edilməsinə bundan sonra da hər cür dəstək verməyə hazır olduğunu alqışlayır.

- Azərbaycan və Ermənistan ictimaiyyəti, ekspertlər və dini liderlər arasında dialoqun davam etdirilməsi üçün müsbət abhavanın formalaşdırılmasını vacibliyi vurğulanır.

Soçi görüşündə Paşinyanın uğursuz diplomatik cəhdləri

Görüş zamanı Ermənistan tərəfi hər zaman olduğu kimi bu dəfədə yazıq açıqlamaları, guya Azərbaycandan tərəfindən "əzilməsini" göstərməyə çalışdı. Hətta Ermənistan Baş naziri Azərbaycanın 2021-ci ilin may ayında Ermənistan sərhədini pozduğunu iddia edərək, görüşün yekunlarına dair Bəyanata 2021-ci ilin may ayından əvvəlki status-kvonun bərpa olunmasının salınmasını istəyib. Bundan başqa, Paşinyan sentyabrın 13-14-də sərhəddə baş verən insidentin də Bəyanatda əksini tapmasına çalışıb.

Bu cəhdlərinin uğursuz olduğunu görən Paşinyan bəyanatın qəbul olunmasına da qarşı çıxmağa çalışıb, lakin erməni baş nazirin bu cəhdi də nəticə verməyib. Yekun olaraq isə bəyanat qəbul olundu.

Bölgədə yaranmış yeni reallıqlarla barışmaq məcburiyyətində olan Paşinyan Azərbaycanın təqdim etdiyi 5 prinsip əsasında sülh müqaviləsini imzalamaq üçün prosesi sürətləndirmək məcburiyyətində qaldı. Müxtəlif yollarla sülh prosesini yuvatmağa çalışan Ermənistan Soçi görüşündən düzgün nəticə çıxarmalı və regionda sülhün yaranması üçün sözdə yox, əməldə addımlar atmalıdır.

Bu gün sosial-iqtisadi böhran içində çabalayan Ermənistan üçün yeni reallıqları qəbul edib əməkdaşlığa qoşulmaq ən böyük faydalı addım ola bilər.

Xəbər lenti

Xəbər lenti