...

DTX-nin şəxsi heyəti dövlətimizin ərazi bütövlüyünə, suverenliyinə yönələn hər cür təhdidlərin qarşısını bundan sonra da qətiyyətlə alacaq - General-polkovnik

Siyasət Materials 5 Noyabr 2022 09:11 (UTC +04:00)
DTX-nin şəxsi heyəti dövlətimizin ərazi bütövlüyünə, suverenliyinə yönələn hər cür təhdidlərin qarşısını bundan sonra da qətiyyətlə alacaq - General-polkovnik

Bakı. Trend:

44 günlük Vətən müharibəsi zamanı azad olunmuş torpaqlarda yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yerli idarə və şöbələri tərəfindən xidməti fəaliyyətdən irəli gələn vəzifələr uğurla icra olunur.

Trend xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev bu gün "Azərbaycan" qəzetində yayımlanan məqaləsində qeyd edib.

O bildirib ki, əməliyyat şəraiti daim nəzarətdə saxlanılmaqla təhlükəsizliyin etibarlı təminatı məqsədilə kəsərli tədbirlər görülür:

“Ölkə Prezidentinin hər zaman diqqət və qayğısını hiss edən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının respublikamızın digər şəhər və rayonlarında olduğu kimi işğaldan azad olunmuş torpaqlardakı ərazi orqanlarında da öz xidmətlərini daha səmərəli, çevik və operativ təşkil etmələri üçün hərtərəfli şərait yaradılmış, maddi-texniki təchizat ən yüksək səviyyədə təmin olunmuşdur”,

General-polkovnik bildirib ki, bu bir daha Ali Baş Komandan cənab İlham Əliyevin Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyətinə göstərdiyi etibarın və etimadın bariz təcəssümüdür:

“Dövlətimizin başçısını və xalqımızı əmin edirik ki, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti dövlətimizin ərazi bütövlüyünə, suverenliyinə, ölkədəki ictimai-siyasi sabitliyə və təhlükəsizlik mühitinə yönələn hər cür təhdidlərin qarşısını bundan sonra da qətiyyətlə alacaq, doğma Vətənin qorunması və müdafiəsi yolunda ümdə vəzifələrin lazımi səviyyədə icrası üçün bundan sonra da bütün qüvvə və vasitələrini səfərbər edəcək, xidməti borclarını layiqincə və vicdanla yerinə yetirərək, dövlətçiliyimizin və müstəqilliyimizin keşiyində daim ayıq-sayıq, sərvaxt duracaqdır!”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti