Bakı. Trend:
Əli Hüseynli Moldovanın paytaxtı Kişinyov şəhərinə səfər edəcək.
Bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib.
Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Zəfər Gününə həsr olunan tədbirlərdə iştirak etmək üçün noyabrın 7-də Moldovanın paytaxtı Kişinyov şəhərinə səfər edəcək.
Səfər çərçivəsində Əli Hüseynli Moldova parlamentində olacaq və Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan tədbirlərə qatılacaq.
Səfər noyabrın 9-da başa çatacaq.