...

Azərbaycanla Ermənistan arasında sülh mümkün olduğu qədər tez əldə edilməlidir - Səfir

Siyasət Materials 30 Noyabr 2022 12:19 (UTC +04:00)
Azərbaycanla Ermənistan arasında sülh mümkün olduğu qədər tez əldə edilməlidir - Səfir

Bakı. Trend:

Azərbaycanla Ermənistan arasında sülh sazişi mümkün olduğu qədər tez əldə edilməlidir.

Trend xəbər verir ki, bunu ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) səfiri Maykl Karpenter xüsusi brifinqdə deyib.

Onun sözlərinə görə, ABŞ tərəflər arasında sülh sazişinin təmin edilməsində çox maraqlıdır və buna şərait yaratmaq üçün yollar axtarmağa davam edəcək.

“Heç kəsə sirr deyil ki, biz bu məsələ ilə bağlı Avropa İttifaqı üzrə tərəfdaşlarımızla çox sıx işləyirik və həmçinin, İrəvanın xahişi ilə Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfinə ATƏT-in “ehtiyacların qiymətləndirilməsi missiyası” adlandırılan qrupunun göndərilməsi imkanını nəzərdən keçiririk”, - deyə Karpenter qeyd edib.

Karpenter qeyd edib ki, ABŞ sülh sazişi ilə yanaşı, sərhədlərin delimitasiyasına da mümkün qədər tez nail olmağa ümid edir:

“ABŞ istəyir ki, regiona sülh və sabitlik qayıtsın, bu regionda yaşayan bütün insanların insan haqları və təhlükəsizliyi təmin edilsin və biz Cənubi Qafqaz tarixində yeni səhifə aça bilək. Görünür, buna nail olmaq üçün müəyyən vaxt lazım olacaq, lakin biz bu nəticəni qorumaq üçün əlimizdən gələni etmək niyyətindəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti